“İmişli" heyətinə yeni futbolçu cəlb edib.
Bölgə təmsilçisi Bəxtiyar Həsənalızadə ilə 1 illik müqavilə imzalayıb.
Karyerası ərzində "Sumqayıt", "Zirə", "Sabah" və "Tuzlaspor"da (Türkiyə) çıxış etmiş mərkəz müdafiəçisi son olaraq "Araz-Naxçıvan"ın formasını geyinib.
Azərbaycan millisində də oynamış 29 yaşlı Bəxtiyar maliyyə şərtlərində "İmişli"yə güzəştə gedib.
O, yeni klubunda aylıq 7000 manat qazanacaq. Bu isə yığmanın sabiq üzvünün "Araz"dan aldığı puldan 3000 manat azdır.
SPORTİNFO.AZ

