Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq edildi

11 İyul 08:00 Araşdırma 650
Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq edildi

İyulun 11-13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM