“CBC Sport”un əməkdaşları niyə İTV-də AVRO-2020-nin oyunlarını şərh etmir?

14 İyun 2021 20:20 Araşdırma 2 341
“CBC Sport”un əməkdaşları niyə İTV-də AVRO-2020-nin oyunlarını şərh etmir?

AVRO-2020-nin matçları ölkəmizdə “İctimai” və “İdman” telekanalları vasitəsilə canlı göstərilir.

Həmin telekanalın idman jurnalistləri ilə yanaşı, sabiq teleşərhçilər də matçları tamaşaçılara canlı çatdırır.

Bunlar AzTV-nin sabiq şərhçisi, hazırda Azərbaycan Cüdo Federasiyasında çalışan Elnur Əşrəfoğlu və keçmiş ANS telekanalında Çempionlar Liqasının şərhləri zamanı maraqlı tandem təşkil etmiş Asif Bağırovla İlqar Mikayıloğludur.

Hər üç jurnalist “İctimai TV”də şərhçiliyə qayıdışlarını gerçəkləşdirib.

İTV rəhbərliyi daha əvvəl “CBC Sport”un şərhçilərinə təklif göndərib. DÇ-2018-dəki əməkdaşlıqdan fərqli olaraq, tərəflər bu dəfə maliyyə şərtlərində ortaq məxrəcə gəlməyib.

Belə ki, AFFA-ya yaxınlığı ilə bilinən kanalın əməkdaşları hər oyun üçün İTV-dən 250 manat qonorar istəyib.

Hazırda “Real” telekanalının əməkdaşı olan İ.Mikayıloğlu ilə A.Bağırov, həmçinin E.Əşrəfoğlu isə İTV-yə xeyli güzəştə gedib - hər reportajı 100 manat qonorar qarşılığında aparmağa razılaşıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti