Bildiklərimiz, bilmədiklərimiz

13 İyun 14:50 Araşdırma 178
Bildiklərimiz, bilmədiklərimiz

Avropa çempionatının qrup mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki. koronavirus pandemiyası səbəbindən təxirə salınan qitə çempionatına ilk dəfə ikidən çox ölkə ev sahibliyi edir.

Oyunlar İtaliyanın Roma, İngiltərənin London, Niderlandın Amsterdam, Danimarkanın Kopenhagen, Rumıniyanın Buxarest, Macarıstanın Budapeşt, Rusiyanın Sankt-Peterburq, Almaniyanın Münhen, İspaniyanın Sevilya, Şotlandiyanın Qlazqo şəhərləri ilə yanaşı, Azərbaycanın paytaxtı Bakıda keçirilir.

AÇ-2020-də 24 milli hərəsində 4 komanda olmaqla, 6 qrupda mübarizə aparacaq. 31 gün davam edəcək turnirdə ümumilikdə 51 oyun keçiriləcək.

Qruplarını ilk 2 sıradan tamamlayan yığmalar, həmçinin dörd ən yaxşı qrup 3-cüsü 1/8 finala vəsiqə qazanacaq. Yarımfinal və final matçları Londondakı “Uembli” stadionunda oynanılacaq.

AÇ-2020-dəki yeniliklərdən biri də komandaların iştirak ərizəsindəki futbolçu sayının artırılmasıdır. Budəfəki turnirdə hər kollektiv 26 oyunçu sifariş edib. Onların 3-ü qapıçıdır.

AÇ-2020-də iştirak edən ən dəyərli futbolçu Kilian Mbappedir. Fransa millisinin üzvü olan hücumçunun dəyəri 160 milyon avrodur. Ən bahalı heyəti olan komanda isə İngiltərə yığmasıdır. Qaret Sautqeytin baş məşqçilik etdiyi millinin ümumi dəyəri 1,27 milyarddır. Turnirdə iştirak edən bütün millilərin ümumilikdə dəyəri isə 10,48 milyard avrodur.

Qrup mərhələsində yer alan komandaların hazırkı heyətlərinin “transfermarkt”a görə dəyərlərini və onların bombardirlərini təqdim edirik:

A qrupu

İtaliya milli komandası – FİFA reytinqində 7-ci yerdə qərarlaşan yığmanı hazırda Roberto Mançini çalışdırır. Komandanın ümumi dəyəri 751 milyon avrodur. Hazırkı heyətdə ən çox qol vuran futbolçu Çiro İmmobiledir. Hücumçunun aktivində 13 qol var.

Türkiyə milli komandası – FİFA reytinqində 29-cu sırada yer alan komandanın baş məşqçisi Şenol Günəşdir. Millinin hazırkı heyətinin ümumi dəyəri 325 milyon avrodur. Yığmanın bombardiri 29 qolla Burak Yılmazdır.

İsveçrə milli komandası – FİFA reytinqində 13-cü sırada qərarlaşan komandanın baş məşqçisi Vladimir Petkoviçdir. Komandanın ümumi dəyəri 283,50 milyon avrodur. Yığmanın bombardiri 23 qolla Xerdan Şakiridir.

Uels milli komandası – FİFA reytinqində 17-ci sırada yer alan komandanı Rayan Giqqz çalışdırır. Uels millisini AÇ-2020-nin oyunlarına köməkçi məşqçi Robert Peyc çıxaracaq (Giqqzlə bağlı məhkəmə işləri olması səbəbindən). Komandanın heyətinin ümumi dəyəri 176,75 milyon avrodur. Bombardir isə 33 qolla Qaret Beyldir.

B qrupu

Belçika milli komandası – FİFA reytinqində birinci pillədə olan komandanı Roberto Martines çalışdırır. Yığmanın heyətinin dəyəri 669,40 milyon avrodur. Bombardir 60 qolla Romelu Lukakudur.

Danimarka milli komandası – FİFA reytinqində 10-cu sırada yer alan yığmanı Kasper Hyulmand çalışdırır. Yığmanın ümumi dəyəri 310,70 milyon avrodur. Komandanın bombardiri 36 qolla Kristian Eriksendir.

Rusiya milli komandası – FİFA reytinqində 38-ci sırada yer alan komandanı Stanislav Çerçesov çalışdırır. Komandanın ümumi dəyəri 190,80 milyon avrodur. Bombardir 29 qolla Artyom Dzyubadır.

Finlandiya milli komandası – FİFA reytinqində 54-cü sırada yer alan komandanı Markku Kanevra çalışdırır. Heyətin ümumi dəyəri 44,60 milyon avrodur. Finlandiya AÇ-2020-də heyətinin dəyəri ən aşağı olan yığmadır. Finlərin hazırkı heyətinin bombardiri 30 qolla Teemu Pukkidir.

C qrupu

Avstriya milli komandası – FİFA reytinqində 23-cü sırada yer alan komandanı Franko Foda çalışdırır. Yığmanın heyətinin dəyəri 320,10 milyon avrodur. Komandanın hazırkı bombardiri 26 qolla Marko Arnautoviçdir.

Niderland milli komandası – FİFA reytinqində 16-cı sırada yer alan yığmanı Frank de Bur çalışdırır. Komandanın ümumi dəyəri 607,05 milyon avrodur. Heyətin bombardiri 26 qolla Memfis Depaydır.

Ukrayna milli komandası – FİFA reytinqində 24-cü sırada yer alan yığmanı Andrey Şevçenko çalışdırır. Heyətin dəyəri 197,20 milyon avrodur. Ukrayna millisinin bombardiri 40 qolla Andrey Yarmelonkodur.

Şimali Makedoniya milli komandası – FİFA reytinqində 62-ci sırada yer alan yığmanı İqor Anqelovski çalışdırır. Şimali Makedoniya AÇ-2020 iştirakçıları arasında reytinqi ən aşağı olan komandadır. Yığmanın heyətinin dəyəri 61,80 milyon avrodur. Komandanın bombaridiri 36 qolla Qoran Pandevdir.

D qrupu

İngiltərə milli komandası – FİFA reytinqində 4-cü sırada yer alan yığmanı Qaret Sautqeyt çalışdırır. İngiltərə yığmasının heyətinin dəyəri 1,27 milyard avrodur. İngiltərə AÇ-2020-nin ən bahalı heyəti olan komandadır. Millinin bombardiri 34 qolla Harri Keyndir.

Xorvatiya milli komandası – FİFA reytinqində 14-cü sırada yer alan komandanı Zlatko Daliç çalışdırır. Yığmanın dəyəri 376,80 milyon avrodur. Xorvatların bombardiri 28 qolla İvan Perişiçdir.

Çexiya milli komandası – FİFA reytinqində 40-cı sırada yer alan yığmanın baş məşqçisi Yaroslav Şilqavdır. Millinin dəyəri 190 milyon avrodur. Komandanın hazırkı bombardiri 10 qolla Patrik Şikdir.

Şotlandiya milli komandası – FİFA reytinqində 44-cü sırada yer alan yığmanı Stiv Klark çalışdırır. Millinin dəyəri 269,85 milyon avrodur. Bombardir 10 qolla Con Makqqindir.

E qrupu

İspaniya milli komandası – FİFA reytinqində 6-cı sırada yer alan yığmanı Luis Enrike çalışdırır. Bu millinin dəyəri 915 milyon avrodur. Bombardir isə 19 qolla Alvaro Moratadır.

Polşa milli komandası – FİFA reytinqində 21-ci sırada yer alan yığmanı Paulo Sousa çalışdırır. Millinin dəyəri 254,80 milyon avrodur. Heyətin bombardiri 66 qolla Robert Levandovskidir.

Slovakiya milli komandası – FİFA reytinqində 36-cı sırada yer alan yığmanı Ştefan Tarkoviç çalışdırır. Yığmanın heyətinin dəyəri 131,1 milyon avrodur. Komandanın bombardiri 26 qolla Marek Hamşikdir.

İsveç milli komandası – FİFA reytinqində 18-ci sırada yer alan millini Yanne Andersson çalışdırır. Yığmanın heyətinin dəyəri 215,05 milyon avrodur. Bombardir 24 qolla Markus Berqdir.

F qrupu

Fransa milli komandası – FİFA reytinqində 2-ci sırada yer alan komandanı Didye Deşam çalışdırır. Millinin heyətinin dəyəri 1,03 milyard avrodur. Komandanın bombardiri 44 qolla Olivye Jirudur.

Almaniya milli komandası – FİFA reytinqində 12-ci sırada yer alan millini Yoahim Löv çalışdırır. Komandanın dəyəri 936,50 milyon avrodur. Millinin bombardiri 39 qolla Tomas Müllerdir.

Portuqaliya milli komandası – FİFA reytinqində 5-ci sırada yer alan yığmanı Fernando Santos çalışdırır. Komandanın dəyəri 872,50 milyon avrodur. Yığmanın bombardiri 104 qolla Kriştiano Ronaldodur.

Macarıstan milli komandası – FİFA reytinqində 37-ci sırada yer alan millini Marko Rossi çalışdırır. Millinin heyətinin dəyəri 74,50 milyon avrodur. Komandanın bombardiri 23 qolla Adam Salaidir.

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 13:00 Həminki "Qarabağ"
22 İyul 23:10 "Buna imkan vermədilər"