AFFA Premyer Liqa klubları ilə bağlı cəzalara yenidən baxdı

18 May 2021 16:00 Araşdırma 1 174
AFFA Premyer Liqa klubları ilə bağlı cəzalara yenidən baxdı

AFFA Apellyasiya Arbitraj Tribunalının "Sumqayıt" və "Zirə" ilə bağlı qərarları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun saytına yaydığı açıqlamada bildirilib.

Qərarlara əsasən, “Sumqayıt” Futbol Klubunun apellyasiya şikayəti qismən təmin edilib. AFFA İntizam Komitəsinin mayın 5-də etdiyi qərarla Camaləddin Xocaniyazova verilən 4 oyun kənarlaşdırılma cəzası və kluba tətbiq edilən 3200 manat cərimə müvafiq olaraq 2 oyun kənarlaşdırılma cəzası və 1600 manat cərimə ilə əvəzlənib.

“Zirə”nin apellyasiya şikayəti isə təmin edilməyib. AFFA İntizam Komitəsinin mayın 5-də “Zirə” Futbol Klubu və məşqçisi Eltun Yaqublu barədə verdiyi 10 oyunluq cəza qərarı qüvvədə saxlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi