Qarabağdan qaçan fərarilərin əfvi ilə bağlı qanun qəbul etdi - Ermənistan

6 May 2021 14:50 Araşdırma 556
Qarabağdan qaçan fərarilərin əfvi ilə bağlı qanun qəbul etdi - Ermənistan

Ermənistan parlamenti hərbi xidmətdən yayınan vətəndaşlar üçün amnistiya qanunu qəbul edib.

Sportinfo.az xəbər verir ki, “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik layihəsi bu gün parlamentdə ikinci və son oxunuşda qəbul edilib.

Əfv yaşı 27-dən az olan ehtiyatda olan sıravilər və hərbi çağırışdan yayınan və yaşı 35-dən az olan zabitlərə aiddir (keçən il döyüş əməliyyatları dövründə çağırış və ya təlimlərdən yayınanlar istisna olmaqla).

Amnistiya almaq üçün göstərilən yaşda olan vətəndaşlar 31 dekabr 2021-ci il tarixinədək Ermənistana qayıtmalıdırlar.

Ermənistanda ölkədən xaricdə olan 5400 nəfər xidmətdən yayınma maddəsi ilə axtarılır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı