Paşinyan Qarabağla bağlı gizli səsyazısını yaydı - VİDEO

20 Aprel 2021 15:50 Araşdırma 676
Paşinyan Qarabağla bağlı gizli səsyazısını yaydı - VİDEO

Ermənistan Təhlükəsizlik Şurası Qarabağda döyüşlərin dördüncü günü baş tutan görüş zamanı Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın nitqinin səs yazısından fraqmentləri yayımlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat verib.

Keçən həftə Qasparyanın hesabatının mətni qismən ictimaiyyətə açıqlanmışdı, lakin indi bu fraqment səs versiyasında təqdim olunub.

Məruzəsində Qasparyan əməliyyat vəziyyətinin dəyişmədiyini, düşmənin irəliləmədiyini bildirib: “Hər halda qoşunlar vəzifələrini yerinə yetirirlər, səhərlər Cəbrayıl istiqamətində kiçik bir hücum təşkil edərək uğur qazanıblar”.

Sonda Qasparyan ordunun tapşırıqları yerinə yetirməyə davam etdiyini və sona qədər yerinə yetirəcəyini deyib.

Ermənistan parlamentinin 14 aprel iclasında Ermənistan Baş naziri Nikol Paşinyan Qasparyanın keçən ilin noyabrında verdiyi açıqlamanı təkzib etmişdi.

Həmin vaxt Qasparyan Qarabağdakı müharibənin dördüncü günü Təhlükəsizlik Şurasının iclasında hərbi əməliyyatların dayandırılmasının vacibliyindən danışdığını iddia edirdi.

Digər Xəbərlər
Xəbər Lenti