UEFA 10 oyunluq cəza verdi - Çexiya klubunun futbolçusuna

15 Aprel 2021 00:14 Araşdırma 831
UEFA 10 oyunluq cəza verdi - Çexiya klubunun futbolçusuna

UEFA Çexiyanın "Slaviya" (Praqa) komandasının futbolçusu Ondrjey Kudela ilə bağlı yekun qərarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı müdafiəçi irqçiliyə yol verdiyinə görə sərt cəza alıb. O, 10 oyunluq diskvalifikasiya olunub.

Kudela Praqa təmsilçisinin səfərdə Şotlandiya "Reyncers"ini 2:0 hesabı ilə məğlub etdiyi Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında rəqib komandanın yarımmüdafiəçisi Qlen Kamaraya qarşı irqçi ifadələr işlədib.

Nəticədə arxa xətt oyunçusu final fitindən sonra tuneldə təhqir etdiyi futbolçu tərəfindən döyülüb. Kamara bu hərəkətinə görə 3 oyunluq cəzalandırılıb.

İlk matçda "Reyncers"lə 1:1 hesablı heç-heçə edən "Slaviya" cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Praqalıların bu raunddakı rəqibi isə İngiltərə "Arsenal"dır.

Londondakı ilk qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Cavab görüşü aprelin 15-də Çexiyada olacaq.

Digər Xəbərlər
Xəbər Lenti