Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.
Sportinfo.az xəbər verir ki, təmsilçimiz öncə 1/32 finalda çinli An Qixuanla görüşüb.
Mübarizə Y.Ramazanovanın üstünlüyü ilə başa çatıb - 6:5.
Yaylagül Ramazanova sıralama turunda 647 xalla 39-cu yeri tutmuşdu.
Bu nəticənin ardından idmançımız 1/16 finala yüksəlib. Onun bu raunddakı rəqibi almaniyalı Mişel Kroppen olub.
Mübarizə Y.Ramazanovanın məğlubiyyəti ilə başa çatıb - 2:6.