Mourinyo əsəbiləşdi: “Oynamaq istəmirsizsə, evdə oturun“

15 May 2020 15:32 Almaniya 779
Mourinyo əsəbiləşdi: “Oynamaq istəmirsizsə, evdə oturun“

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın bərpasının tərəfdarıdır.

Sportinfo.az xəbər verir ki, Prmeyer Liqanın bərpa olunması ilə bağlı videokonfrans keçirilib.

Konfransda klubların baş məşqçiləri iştirak ediblər. Bəzi mütəxəssislər sağlamlıqla bağlı yaranan təhlükəsizlik məsələsini qabardaraq Premyer Liqanın bərpasına qarşı çıxıblar. Bu zaman əsəbiləşən Mourinyo söhbətə belə müdaxilə edib: “Oynamaq istəmirsizsə, evdə oturun və Bundesliqaya baxın”.

Böyük Britaniya hakimiyyəti iyunun 1-dən peşəkar idman yarışlarının bərpasına icazə verib. Amma Premyer Liqa rəhbərliyi çempionatın bərpası ilə bağlı qəti qərar qəbul etməyib.

Digər Xəbərlər
Xəbər Lenti