Pulundan imtina et, komanda dağılmasın, yaşasın!

2 Aprel 2020 14:36 Almaniya 643
Pulundan imtina et, komanda dağılmasın, yaşasın!

Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge”də oyunçular komandaya maddi dəstək olacaqlar.

Sportinfo.az xəbər verir ki, bu barədə klub saytından məlumat verilib.

Məsələ ilə bağlı danışan Aue təmsilçisinin idman direktoru Maykl Volt yaranmış vəziyyətdən birlikdə çıxmalı olduqlarını bildirib: “Bu böhrana bir yerdə qalib gəlməliyik.

Hamımız bacardığımız qədər kömək edəcəyik. Futbolçular və məşqçilər heyəti buna razılıq veriblər. Bundan sonra uzun illər birlikdə oynaya bilməmiz üçün klubu yaşatmalıyıq”.

Açıqlamada ölkədən çıxış məhdudiyyəti olduğu üçün legioner futbolçuların evdə qaldığı və hələ bir müddət məşqlərin bərpa edilməyəcəyi vurğulanıb.

Almaniyada çempionatlar koronavirus pandemiyası sürətlə yayılmağa davam etdiyi üçün aprelin 30-na qədər təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti