"Oyunçularıma deyirəm ki, sərt oynayın, yeri gələndə, fol edin, amma..."

20 Yanvar 03:30 Basketbol 1 021
"Oyunçularıma deyirəm ki, sərt oynayın, yeri gələndə, fol edin, amma..."

Azərbaycan Basketbol Liqasında XI turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ikinci matçında "Xırdalan" "Sumqayıt"ı 100:90 hesabı ilə məğlub edib.

"Xırdalan" 17 xalla beşinci, "Sumqayıt" 14 xalla səkkizinci pillədə qərarlaşıb.

“Müdafiədə bərbad təsir bağışladıq” - bunu “Sumqayıt”ın baş məşqçisi Teymur Hüseynov deyib.

Təcrübəli mütəxəssis oyunçuların tapşırıqları tam yerinə yetirmədiklərini bildirib:

“Xüsusən də, rəqibin 21 xal toplayan yerli basketbolçusunu bağlaya bilmədik. Oyunçularıma deyirəm ki, rəqibin yaxşı çıxış edən üzvünə qarşı sərt oynayın, yeri gələndə fol edin, amma...

Demək olar ki, oyunumuz alınmadı. Doğrudur, 3-cü bölümdə hesab arasındakı fərqi xeyli “əritdik”.

Amma sonra yenə “3-lük”lər səbətimizə “töküldü”. Yerlilər də imkanlarından aşağı səviyyədə çıxış etdilər”.

Teymur Hüseynov məşqlərdə əks-hücum üzərində çalışdıqlarını söyləyib:

“Rendallın oyununu bəyəndim. Smit və Dikson da yaxşı idilər.

Növbəti matçlarda nəyi dəyişək? Nəyi dəyişə bilərik? Sürətli əks-hücuma çıxmağı məşq edirik.

Bu gün ilk hissədə, demək olar ki, qaçmadıq. Bunu bacarsaydıq, nəsə edə bilərdik”.

Digər Xəbərlər
Xəbər Lenti