“Neftçi"də işləmək, komandanı irəli aparmaq hər adamın işi deyil”

22 Aprel 21:20 Neftçi 6 523
“Neftçi"də işləmək, komandanı irəli aparmaq hər adamın işi deyil”

“Azarkeşlər nə tənqid ediblərsə, haqlıdırlar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq prezidenti Kamran Quliyev deyib.

2018-2023-cü illərdə paytaxt klubunun başına dayanmış idarəçi vəzifə başında olduğu müddətdə fanatların ona münasibətindən danışıb:

“Günahkar kim olmalıydı? Zatən onların işi budur.

Hər zaman tənqid etməli, təzyiqdə saxlamalıdırlar. Burada heç bir qeyri-adilik yoxdur.

Bu gün məni tənqid edəcəklər, sabah da Fərrux bəyi (klubun hazırkı baş icraçı-direktoru Fərrux Mahmudov) tənqid edə bilərlər.

Bu normal bir şeydir. Səbrli olmaq lazımdır. "Neftçi"də işləmək, komandanı irəli aparmaq hər adamın işi deyil.

Və kim işləyirsə, bu çətinliklə barışmalıdır. "Neftçi" ölkənin ən böyük klubudur”.

Kamran Quliyevin dövründə “Neftçi” ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti