"Bavariya"ya baş məşqçi lazım deyil - "Vengeri əsəbləşdirmək istəmirəm"

10 Noyabr 2019 15:29 Almaniya 876
"Bavariya"ya baş məşqçi lazım deyil -

"Bavariya"nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenige Almaniya bundesliqasının XI turunda Dortmund "Borussiya"sına 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra yeni baş məşqçi məsələsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, "Sport1" kanalına danışan klub rəsmisi hazırda bu vəzifəni yerinə yetirən Hans-Diter Flikin işini davam etdirəcəyini söyləyib. Rummenige Niko Kovaçın istefasından sonra boş qalan posta əsas namizədlərdən biri olan Arsen Vengerə hər şeyi başa salacağını deyib:

"Hələ ki, Fliklə işləməyə davam edəcəyik. Arsen Vengerə hörmətlə yanaşıram. Ona zəng vurub, hər şeyi izah edəcəyik. Onu əsəbləşdirmək istəmirəm".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!