Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Feliks Nmeça İngiltərə Premyer Liqasının bir neçə klubunun maraq dairəsindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul” və “Nyukasl” 26 yaşlı futbolçunun transferində maraqlıdır.
Premyer Liqa təmsilçiləri qış transfer dövründə Nmeçanı heyətinə qatmaq üçün cəhd edə bilər.
Almaniyalı yarımmüdafiəçi 2023-cü ilin iyulundan Dortmund təmsilçisində çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
“Transfermarkt” portalı Nmeçanın bazar dəyərini 65 milyon avro qiymətləndirir.
