Əhmədov gümüş medala yiyələndi - Dünya çempionatında

03:50 Cüdo 55
Əhmədov gümüş medala yiyələndi - Dünya çempionatında

Azərbaycan cüdoçusu Ramazan Əhmədov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, +100 kq çəki dərəcəsində yarışan idmançı finalda türkiyəli İbrahim Tataroğluna uduzub.

Bu, Azərbaycan cüdoçularının turnirdəki üçüncü medalı olub. Daha əvvəl Məhəmməd Musayev (66 kq) və Davud Namazlı (100 kq) bürünc mükafata sahib çıxıblar.

Gənclər arasında dünya çempionatı noyabrın 22-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 03:50 O, yenə neyləyib? - FOTO