Azərbaycanın 3 klub Avropanın ən etibarlı ilk “50-liy”ində

Azərbaycanın 3 klub Avropanın ən etibarlı ilk “50-liy”ində

Cari mövsüm Avropanın milli liqalarında ən etibarlı müdafiə və qapı xəttinə malik klublar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasının 3 təmsilçisi də ən az qol buraxan 50 klub sırasına düşə bilib.

Bu baxımdan “Sabah” ən yaxşı göstəriciyə malikdir. Ölkə çempionu keçirdiyi 10 oyunda 6 dəfə mərkəzə dəvət olunub. Valdas Dambrauskasın yetirmələri hazırda Avropada ən yaxşı müdafiə olunan 15-ci kollektivdir.

“Qarabağ” və “Turan Tovuz” isə bu mövsüm qapılarında 8 top görüblər. Ağdamlılar 10, tovuzlular isə 11 matçda bunu bacarıb. Təmsilçilərimiz qitənin 36-50-ci yerlərini bölüşdürürlər.

Siyahıya Cəbəllüttariq klubları başçılıq edirlər. “Sent-Jozef” və “Linkoln” keçirdikləri 8 görüşdə cəmi 2 qol buraxıblar.

Digər Xəbərlər
Xəbər Lenti