Azərbaycan ilk dəfə bu Avropa çempionatına ev sahibliyi edəcək

02:30 Basketbol 64
Azərbaycan ilk dəfə bu Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən bildirlib.

Noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.

Qərara əsasən, 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionu 2027-ci il iyulun 9-dan 18-dək Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 03:50 O, yenə neyləyib? - FOTO