İngiltərə Premyer Liqası tarixinin ən uğursuz beş bahalı transferi məlum olub.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, siyahıya “Liverpul”un almaniyalı yarımmüdafiəçisi Florian Vits başçılıq edir.
İkinci yerdə Romelu Lukakunun “Çelsi”yə transferi qərarlaşıb.
İlk üçlüyü isə Pol Poqbanın “Mançester Yunayted”ə qayıdışı tamamlayıb.
Siyahıda dördüncü yeri “Çelsi”nin ukraynalı vingeri Mixail Mudrik, beşinci yeri isə “Mançester Yunayted”də gözləntiləri doğrultmayan braziliyalı yarımmüdafiəçi Antoni tutub
