Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Sabah”la qarşılaşacaq “Barselona”nın Azərbaycana səfər tarixi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, İspaniya klubu noyabrın 23-də axşam saatlarında paytaxtımızda olacaq.
Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra “Barselona” doqquz xalla turnir cədvəlinin beşinci, “Sabah” isə üç xalla 31-ci pilləsində qərarlaşıb.
Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” matçı saat 21:45-də start götürəcək.
