Premyer Liqada çıxış edən braziliyalıdan ŞÜBHƏLİ HƏRƏKƏT

15:00 Sumqayıt 88
Premyer Liqada çıxış edən braziliyalıdan ŞÜBHƏLİ HƏRƏKƏT

Son turlarda «Sumqayıt» istədiyi nəticələri qazana bilmir.

«İmişli» ilə qolsuz heç-heç, ardınca da «Sabah»a dünənki böyükhesablı məğlubiyyət.

Tablo və turnir cədvəli üzərindən baxsaq, Felipe Kandidonun işlərinin qaydasında getmədiyini deyə bilərik. Deyə bilərik, amma…

Mən yenə öz fikrimdə qalıram ki, portuqaliyalı öz vəzifəsinin öhdəsindən pis gəlmir. Və «Sumqayıt»a pis futbol oynatmır.

Çatışmayan ən böyük cəhət müdafiə zonasında yol verilən yersiz və fərdi səhvlərdir. Bunların sayı həddən artıq çoxdur.

Lukas Blekin 32-ci dəqiqədə etdiyi səhvin başqa adı yoxdur. Topla hərəkət edən Severinin ayağına o cür müdaxilə ağılsızlıqdır.

Sən bilirsən ki «ehtiyat»ında bir sarı vərəqə var, elə niyə edirsən? Braziliyalı yarımmüdafiəçinin davranışı məndə müəyyən şübhələr yaradır, açığı

. Özünün qırmızı kart almasına, yaxud komandasının məğlubiyyətinə pul atmayıb, görəsən?

Yetərincə oyun təcrübəsi və praktikası olan 25 yaşlı bir legionerin meydandan qovulacağını bildiyi halda, hərəkətini əvvəlcədən ölçüb-biçməməsi axmamaqlıdır.

Lukasın oyundan atılmasıyla «Sumqayıt»ın dəvəsi öldü, qatarı getdi.

Parthapart başladı, nə başladı! Gözlənilən idi.

«Sumqayıt» kimi ortabab biri üçün 11 nəfərlə «Sabah»ın təzyiqinə dözmək çətindir, qaldı azlıqdan sonra duruş gətirmək.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti