Qurban Qurbanova bu ölkədən hədiyyə gətirdilər - VİDEO

11:20 Qarabağ 73
Qurban Qurbanova bu ölkədən hədiyyə gətirdilər - VİDEO

Qazaxıstanın "Akas" klubunun baş məşqçisi Dovran Kendjaxunov “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanova xüsusi hədiyyə təqdim edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan klubunun sosial şəbəkə hesabında məlumat paylaşılıb.

AKAS-ın məşqçi heyəti “Qarabağ”ın bazasını ziyarət edərək Ağdam təmsilçisinin məşq prosesini yaxından izləyib. Qonaqlar klubun məşq metodları, futbolçuların fiziki hazırlığı, qidalanması və bərpa sistemi ilə tanış olublar.

Səfər çərçivəsində tərəflər arasında təcrübə mübadiləsi də aparılıb.

Dovran Kendjaxunov bu ilin martında da Qurban Qurbanovun dəvəti ilə “Qarabağ”da bir aylıq təcrübə proqramında iştirak edib. Həmin müddətdə qazaxıstanlı mütəxəssis Ağdam klubunun əsas komandasının məşqlərini və oyun təhlillərini izləyib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 18:10 Çək və bizə göndər!