Seneqallıya görə 70 milyon avro təklif etdi - Premyer Liqa nəhəngi

21:40 İngiltərə 52
Seneqallıya görə 70 milyon avro təklif etdi - Premyer Liqa nəhəngi

“Monako” yarımmüdafiəçisi Lamin Kamara ilə bağlı təklif alıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, seneqallı futbolçunu uzun müddətdir izləyən “Liverpul” onun transferi üçün Fransa klubuna rəsmi təklif göndərib.

Mersisayd təmsilçisinin əsas transfer hədəfinə çatmaq məqsədilə 70 milyon avro təklif etdiyi bildirilir.

Həmçinin, “Liverpul”un 22 yaşlı yarımmüdafiəçi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırmağa yaxın olduğu da qeyd olunur.

Kamara cari mövsümdə bütün turnirlərdə 14 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti