I Liqanın səkkizinci turunun mərkəzi qarşılaşması Binədə keçirildi.
Ev oyunlarını bu qəsəbədə təşkil edən «Şahdağ»ın «Gəncəbasar»la qarşılaşması kifayət qədər gərgin keçdi.
Qusar təmsilçisi qalib gəlsəydi, turnir cədvəlindəki ən yaxın izləyicisi ilə arasındakı xal fərqini 5-ə çatdıracaqdı. Gəncə komandası isə 3 xal müqabilində zirvəyə qalxacaqdı.
Tərəflərin bütün cəhdlərinə rəğmən, stadiona toplaşmış azarkeşlər qol görmədi. «Gəncəbasar» rəhbərliyi əldə olunan 1 xalı toy-bayram kimi qarşılayıb.
Klubun yeni prezidenti Namik Qədirov mükafat olaraq futbolçulara 5000 min manat ayırıb. Oyunu onunla bərabər izləmiş dostu isə komandaya 10 min manat hədiyyə edib.
SPORTİNFO.AZ
