İtaliya B Seriyasında 12-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzoteronun çıxış etdiyi “Sampdoriya” doğma meydanda “Benevento”nu 3:1 hesabı ilə məğlub edib.
Qarşılaşmaya start heyətində başlayan Mezzotero 34-cü dəqiqədə fərqlənərək komandasının üçüncü qoluna imza atıb. 59-cu dəqiqədə isə o, əvəzlənib.
Bu, gənc hücumçunun “Sampdoriya”nın əsas komandasında vurduğu ikinci qol olub.
Hazırda 14 xalı olan “Sampdoriya” turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
