“Kəpəz” Misli Premyer Liqasının 12-ci turunda “Qarabağ”a qarşı keçirəcəyi oyunun hazırlığını başa vurub.
Sportinfo.aiz xəbər verir ki, Gəncə təmsilçisinin son məşqi azarkeşlərin böyük marağına səbəb olub.
Xüsusilə “Xəmsə” fan-klubunun üzvləri məşqə qatılaraq futbolçulara dəstək veriblər. Azarkeşlər müxtəlif şüarlar səsləndirib, mahnılar oxuyaraq komandanı “Qarabağ”la qarşılaşmaya ruhlandırıblar.
Noyabrın 22-də Gəncə şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq. Qarşılaşmaya bütün biletlər matça iki gün qalmış satılıb.




















