“Qarabağ”a görə ictimai nəqliyyat gücləndirilmiş iş rejiminə keçəcək - Gəncədə

14:20 Kəpəz 96
“Qarabağ”a görə ictimai nəqliyyat gücləndirilmiş iş rejiminə keçəcək - Gəncədə

“Kəpəz” və “Qarabağ” arasında Misli Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək oyun ilə əlaqədar olaraq noyabrın 22-də Gəncədə ictimai nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq.

Sportinfo.az xəbər verir ki, qarşıdakı matçı 15 mindən çox azarkeşin canlı izləyəcəyini nəzərə alan “Kəpəz” rəhbərliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsinə müraciət edib.

İdarənin qərarına əsasən, noyabrın 22-də saat 15-dən etibarən Gəncə şəhər stadionu istiqamətində olan marşrut xətlərində hərəkət intensivləşəcək, avtobusların sayı artırılacaq.

Tamaşaçıların oyundan sonra evə rahat qayıtması üçün gücləndirilmiş iş rejimi həmin gün saat 20:00-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti