Azərbaycanın iki təmsilçisi Avropa çempionatında yarımfinalında

03:10 Boks 57
Azərbaycanın iki təmsilçisi Avropa çempionatında yarımfinalında

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin iki üzvü qələbə qazanıb.

Məhəmmədəli Aşırəliyev (60 kq) Brandon Hinea Kollasosla (İspaniya) üz-üzə gəlib.

Döyüş hakimlərin yekdil qərarı ilə boksçumuzun xeyrinə bitib – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Aşırəliyev yarımfinalda Qavin Rayanla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.

Nicat Alırzayev (70 kq) da növbəti qələbəsini qazanıb. Milli üzvü üçüncü raundda Miloş Roqanoviçi (Monteneqro) tam üstünlüklə məğlub edib. O, finala gedən yolda Cemal Cemmalla (Fransa) döyüşəcək.

Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı da təmin ediblər. Bu mərhələnin görüşləri noyabrın 22-də olacaq.

39 ölkədən 276 idmançının qatıldığı çempionata noyabrın 24-də yekun vurulacaq. Yarışda bu gün daha iki idmançımız 1/4 final döyüşünə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 03:50 O, yenə neyləyib? - FOTO