GƏRGİNLİK - Məşqçilər əlbəyaxa oldu, hər ikisi “qırmızı” aldı

21:20 Hadisə 133
GƏRGİNLİK - Məşqçilər əlbəyaxa oldu, hər ikisi “qırmızı” aldı

Premyer Liqanın 12-ci turu çərçivəsində “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda diqqətçəkən hadisə təkcə meydandakı mübarizə ilə bitməyib.

Matçın fasiləsində komandaların məşqçilər heyəti arasında insident yaşanıb.

Əldə etdiyimiz məlumata görə, “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov paltardəyişmə otağına yollanarkən qeyri-etik ifadələr işlədib. Bu ifadələri eşidən “Şamaxı”nın məşqçilər heyəti isə sərt etirazını bildirib.

Nəticədə tərəflər arasında mübahisə böyüyüb və Yunis Hüseynovla “Şamaxı”nın məşqçisi Araz Bağırov arasında əlbəyaxa dava yaşanıb.

Hadisəyə müdaxilə edən polislər tərəfləri ayıraraq daha ciddi qarşıdurmanın qarşısını alıblar.

Olaya görə baş hakim Emin Əliyev hər iki məşqçiyə qırmızı vərəqə göstərib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti