Azərbaycan klubu UEFA Regionlar Kubokunda 12:0 uduzdu

08:30 Region Liqası 65
Azərbaycan klubu UEFA Regionlar Kubokunda 12:0 uduzdu

Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçirib.

Sportinfo.az xəbər verir ki, 7-ci qrupda yer alan komanda I turda Polşadan "Dolnoşlyonski" ilə üz-üzə gəlib.

Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında təşkil olunan görüş rəqibin 12:0 hesablı qələbəsi ilə başa çatıb.

"Zəngəzur" qrupda növbəti matçlarını noyabrın 24-də Türkiyənin "İstanbul", 27-də isə Rumıniyanın "The Carpathians" klubuna qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 18:10 Çək və bizə göndər!