“NEFTÇİ”: O, qarşıdakı oyunda meydana çıxa bilər

09:25 Neftçi 63
“NEFTÇİ”: O, qarşıdakı oyunda meydana çıxa bilər

"Neftçi" Misli Premyer Liqasının 12-ci turunda qarşılaşacağı “Araz-Naxçıvan” klubu ilə matçın hazırlığını yekunlaşdırıb.

Sportinfo.az xəbər verir ki, komandanın üzvləri "Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar. “Ağ-qaralar” hazırlıq prosesindən sonra səfərə yollanıblar.

“Turan Tovuz”la görüşdə qırmızı vərəqə alaraq 2 matçlıq diskvalifikasiya olunmuş İqor Ribeyronun cəza müddəti başa çatdığı üçün o, qarşıdakı oyunda meydana çıxa bilər.

Noyabrın 22-də Şamaxı şəhər stadionunda keçiriləcək “Araz-Naxçıvan” – “Neftçi” matçı saat 14:30-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 18:10 Çək və bizə göndər!