“Qarabağ”ın 1 milyon avroluq transferi diqqət mərkəzində

12:40 Qarabağ 68
“Qarabağ”ın 1 milyon avroluq transferi diqqət mərkəzində

Polşa mətbuatı "Qarabağ"ın legioneri Taofik İsmailin cari mövsümdəki çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, "Meczyki" nəşri 26 yaşlı nigeriyalı yarımmüdafiəçinin "Qurnik"dən (Zabje) ayrıldıqdan sonra çətinliklərlə üzləşdiyini yazıb.

Azərbaycan təmsilçisinin cinah oyunçusu üçün təxminən 1 milyon avro ödədiyi, futbolçunun isə cari mövsümdə cəmi beş matçda meydana çıxdığı diqqətə çatdırılıb. Taofik İsmail son altı görüşdə isə cəmi beş dəqiqə oynayıb.

Nəşr "Qurnik"in vingeri 350 min avroya transfer edib, daha sonra "Qarabağ"a 1 milyon avroya satmasını uğurlu sövdələşmə kimi qiymətləndirib.

Ağdam təmsilçisi avqustun sonunda Taofik İsmail ilə 3 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti