"Sampdoriya" Azərbaycanın U-21 millisinin üzvü Lorenzo Mezzotero ilə yeni müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı hücumçu ilə yeni müqavilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.
Lorenzo Mezzotero 2024-cü ilin yayından "Sampdoriya"nın formasını geyinir. O, cari mövsümdə B Seriyası təmsilçisi ilə 4 rəsmi matçda meydana çıxıb, 1 qol vurub.
