"Keşlə" (indiki "Şamaxı") və "Turan Tovuz"dakı çıxışları ilə futbolsevərlərə yaxşı tanış olan Nathan Oduva Sportinfo.az-a açıqlama verib.
Hazırda azad agent olan 30 yaşlı nigeriyalı hücumçu Azərbaycan karyerasını xatırlayıb, xüsusilə tovuzlu azarkeşlər üçün darıxdığını bildirib:
“Keşlə”yə mövsümün ortasında qoşulmuşdum. Komanda da uğurlu mövsüm keçirmirdi. Buna baxmayaraq, orada məskunlaşmağıma kömək edən və vaxtımı xoş keçirməyimi təmin edən çox yaxşı insanlarla tanış oldum.
“Turan Tovuz” isə tamamilə fərqli təcrübə idi. Orada hər kəsin bir-biri üçün mübarizə apardığı əsl ailə mühiti var idi. Azarkeşlər meydanda bizim 12-ci oyunçumuz idilər. Nəticədən asılı olmayaraq, bizi dəstəkləmək üçün hər yerə səfər edirdilər.
Bu dəstək bizə əlavə motivasiya verirdi. Həmin insanları məyus etməmək üçün xüsusi istək yaranırdı. Meydana hər dəfə hər şeyimizi qoymaq istəyirdik. Bunu heç vaxt unutmayacağam və həmişə yüksək qiymətləndirəcəyəm".
XANOĞLAN
