Məşhur klub hələ bu qədər pul qazanmamışdı, onu da qazandı

16 Noyabr 2023 01:40 Almaniya 368
Məşhur klub hələ bu qədər pul qazanmamışdı, onu da qazandı

Almaniya bundesliqasının son qalibi "Bavariya" 2022/23 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, klubun ötən mövsümkü gəliri 855 milyon avro təşkil edib. Bununla da münhenlilər "Bavariya" tarixinin rekordunu qırıb.

2018/19 mövsümündə gəlir 750 milyon avro təşkil etmişdi. Klubun xalis gəliri isə 35,7 milyon avro olub. Bu, ötən illə müqayisədə 22,4 milyon avro çoxdur.

Digər Xəbərlər
Xəbər Lenti