“Ona kapitanlıq sarğısı verilməyəcək” – Yığmanın baş məşqçisi

18 Oktyabr 2023 18:20 Almaniya 290
“Ona kapitanlıq sarğısı verilməyəcək” – Yığmanın baş məşqçisi

Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann yarımmüdafiəçi İlkay Gündoğanın millinin kapitanı olaraq qalacağını bildirib.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı mütəxəssis milli komandanın qolkiperi Manuel Noyerə kapitanlıq sarğısının verilməyəcəyini deyib:

“Noyerə kapitanlıq sarğısı verilməyəcək. İlkay kapitan olaraq qalacaq. Davamlı olmağımız vacibdir”.

2016-cı ildən millinin kapitan sarğısı “Bayern”in qapıçısı Manuel Noyerdir. Zədə səbəbindən 37 yaşlı qolkiper ötən ildən meydana çıxmır.

Gündoğan millidə kapitan sarğısını bu ilin sentyabrında alıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!