Azərbaycanda hərdən belə də olur, Uduzdular, alqış qazandılar - VİDEO

15 May 17:20 Sportinfo TV 893
Azərbaycanda hərdən belə də olur, Uduzdular, alqış qazandılar - VİDEO

"Zirə" üçüncü cəhdində də Azərbaycan kubokunun sahibi ola bilmədi.

Əvvəlki iki finalda "Qarabağ"a məğlub olan "qartallar" bu dəfə "Sabah"la bacarmadı.

70 dəqiqə hesabda 1:0 öndə olan Rəşad Sadıqovun yetirmələri sona 20 dəqiqə qalmış buraxdığı 2 qolla məğlub oldu.

Matçdan sonra klubun azarkeşləri futbolçuları yanlarına çağırıb, uzun müddət alqışladılar.

Məyus oyunçular pis gündə yanında olan tərəfdarlarına alqışla cavab verərək təşəkkür etmiş oldu.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO