Azərbaycanda gecənin qəhrəmanı - 300 min avrodan tutmuş Obameyanqa qədər!

15 May 23:00 Sabah 155
Azərbaycanda gecənin qəhrəmanı - 300 min avrodan tutmuş Obameyanqa qədər!

Azərbaycan kubokunun final qarşılaşmasında nəticədən çox vurulan qollar danışıldı.

Oyunun əvvəlində Eren Aydın, ikinci hissənin gedişində Patrik Mbina, əsas vaxta artırılan birinci dəqiqədə Coy-Lens Mikels baxımlı qollarla yadda qaldı.

Xüsusən Mbinanın özünə assist edərək qayçıvari zərbə ilə topu Tyaqo Silvanın qapısından keçirməsi gecəyə damğa vurdu.

“Sabah”da olduğu müddətdə əsasən əvəzedici statusunu daşıyan qabonlu hücumçu buna qədər “Qarabağ”ın qapısına yol tapmışdısa, bu dəfə finalda “Zirə”ni məyus etdi.

2000-ci ildə Qabonda anadan olan Mbina karyerasına yerli “Stade Mandji”da başlayıb. Daha sonra Fransaya üz tutaraq “Kolomyers”lə anlaşıb. Karyerası uzun illər Fransa klubları ilə bağlı olub.

“Bezyers”, “Qrenobl”, “Beauvais”, “Çamalye” kimi klublarda çıxış etməklə sonuncuların heyətində Liqa-2-də bir mövsümdə 17 qol vurmaqla “Nim”in baş məşqçisinin diqqətini çəkib və növbəti ili – 2023/24 “futbol ili”ni burada keçirib.

2024-cü ildə Sloveniya “Maribor”u Mbinanı 300 min avro qarşılığında heyətinə qataraq 3 illik müqavilə bağlayıb.

İlk mövsümü burada keçirərək 25 matçda 9 dəfə fərqlənsə də, ötən ilin ikinci yarısını Portuqaliyada oynayıb. İcarə əsasında “Uniao di Leyria”nın uğurları üçün tər töküb – 13 oyun, 1 qol.

Portuqaliyada özünü xoşbəxt hiss etməyən 25 yaşlı hücumçu icarə əsasında “Sabah”da top qovmaq təklifinə “yox” deməyib.

2023-cü ildə Qabon millisində debüt edən Patrik meydana çıxdığı 5 oyunda “Arsenal”, “Borussiya Dortmund”, “Barselona”dakı çıxışı ilə məşhurlaşan Pyer-Emerik Obameyanqla komanda yoldaşı olub.

Mbina karyerası ərzində ilk titula ölkəmizdə yiyələnib. O, Azərbaycan çempionu və Azərbaycan kubokunun qalibi adını qazanmaqla iki medala birdən sahib çıxıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti