“Mançester Yunayted” Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cob Bellingemi transfer etmək istəyir.
Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə maraqlanan “qırmızı şeytanlar” onu daha əvvəl də heyətə qatmağa çalışmışdı, ancaq oyunçu daha sonra Bundesliqaya üz tutmuşdu.
Bellingemin “Borussiya” ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir. Onun bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.
İngiltərəli futbolçu cari mövsümdə Almaniya Bundesliqasında 31 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. O, “Real”da çıxış edən Çud Bellingemin qardaşıdır.

