“Məncə, bunu azarkeşlər dəyərləndirsə, daha yaxşı olar”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Toral Bayramov söyləyib.
Qurban Qurbanov tərəfindən Elvin Cəfərquliyevin əsas komandadan uzaqlaşdırılmasından sonra daha çox oyun şansı qazanan 25 yaşlı sol cinah oyunçusu öz performansı barədə bunları deyib:
“Bacardığım qədər əlimdən gələni edirəm ki, komandaya fayda verim.
Bundan sonra da belə davam edəcək. Hər şey qismətdir.
Hansı turnirdə mübarizə aparmağımızdan asılı olmayaraq, çalışacağıq ki, xalqımızı, dövlətimizi, azarkeşlərimizi layiqincə təmsil edək, qələbələr qazanaq və yeni nailiyyətlər əldə eləyək”.

