Premyer Liqada 32-ci həftə 7 nəfərin üzünə “bağlandı” - Yeni “QARA SİYAHI”

15 May 16:00 Araşdırma 1 384
Premyer Liqada 32-ci həftə 7 nəfərin üzünə “bağlandı” - Yeni “QARA SİYAHI”

Premyer Liqanın 32-ci turu bəzi rəhbər, məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

Yeddi nəfər çempionatın başa çatmasına 1 tur qalmış baş tutacaq oyunları kənardan izləyəcək.

Bunlardan 5-i futbolçu, 1-i məşqçi, 1-i klub rəsmisidir.

“Qəbələ”dən Asif Məmmədovla Nuğay Rəşidov, “Sabah”dan İqor Noqeyro, “Neftçi”dən Luis Ortiz, “Karvan-Yevlax”dan Emin Rüstəmov komandalarına kömək edə bilməyəcəklər.

Səbəb adları çəkilənlərin öncəki turlarda qırmızı vərəqə alması və sarı vərəqə limitini doldurmasıdır.

“Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə komandanın baş məşqçisi Saşa İliç də cəzalı durumdadır.

Mayın 15-də “Karvan-Yevlax” – “Qəbələ”, “Araz-Naxçıvan” – “Kəpəz”, ertəsi “Şamaxı” – “Turan Tovuz”, “Qarabağ” – “İmişli”, mayın 17-də “Zirə” – “Sumqayıt”, “Sabah” – “Neftçi” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!