“Baş məşqçi dedi ki, mən dördüncü hücumçuyam” - QALMAQALLI AÇIQLAMA

00:10 İspaniya 70
“Baş məşqçi dedi ki, mən dördüncü hücumçuyam” - QALMAQALLI AÇIQLAMA

“Real”ın ulduz hücumçusu Kilian Mbappe qalmaqallı açıqlama ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, o, İspaniya çempionatının 36-cı turunda “Oviedo” üzərində 2:0 hesablı qələbədən sonra ehtiyatda oturması barədə danışıb.

Mbappe baş məşqçi Alvaro Arbeloanın onu 4-cü hücumçu kimi gördüyünü bildirib: “Mən Qonsalo, Mastantuono və Vinidən daha yaxşı olmaq üçün çalışmalıyam ki, oyun vaxtı qazanım.

Start heyətində oynamağa hazır idim, amma məşqçi dedi ki, mən dördüncü hücumçuyam. Onun fikrinə hörmət etmək lazımdır”.

Onun bu açıqlamasından sonra azarkeşlərin bir çoxu A.Arbeloaya etiraz şərhləri yazıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti