“Barselona” “Mançester Siti”nin hücumçusu Omar Marmuşla maraqlanır.
Sportinfo.az xəbər verir ki, bu barədə “CaughtOffside” məlumat yayıb.
Mənbənin iddiasına görə, Kataloniya klubu misirli futbolçunun transferi uğrunda yarışda əsas favorit hesab olunur.
Bildirilir ki, Marmuş “Mançester Siti”də kifayət qədər oyun vaxtı qazana bilmir. Həmçinin, “şəhərlilər” onu 60–65 milyon avro qarşılığında satmağa müsbət yanaşa bilər.
“Mançester Siti” Marmuşu 2025-ci ilin yanvarında, Frankfurt “Ayntraxt”ından 75 milyon avroya transfer etmişdi.
26 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 34 oyunda meydana çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə verib.

