Yaxın günlərdə gələcəyi ilə bağlı yekun qərarını verəcək - “Barselona”nın hücumçusu

15 May 21:40 İspaniya 576
Yaxın günlərdə gələcəyi ilə bağlı yekun qərarını verəcək - “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Robert Levandovski yaxın günlərdə gələcəyi ilə bağlı yekun qərarını verəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı forvard mövqeyini 17 mayda baş tutacaq “Betis”lə oyuna qədər müəyyənləşdirməyi planlaşdırır.

Bu matç Kataloniya klubunun mövsümdəki son ev qarşılaşması olacaq.

Bildirilir ki, Levandovskinin agentləri artıq Səudiyyə Ərəbistanının iki klubu ilə danışıqları irəli mərhələyə daşıyıb və hazırda futbolçunun karyerasını məhz bu liqada davam etdirməsi ehtimalı yüksək görünür.

Polşalı hücumçunun “Barselona” ilə müqaviləsinin müddəti gələn ayın sonunda başa çatacaq.

Daha əvvəl klubun təklif etdiyi şərtlərin onu qane etmədiyi, həm maliyyə, həm də oyun vaxtı baxımından ehtiyat oyunçu rolunu qəbul etmək istəmədiyi bildirilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?