“Barselona”nın müdafiəçisi və kapitanı Ronald Arauxo gələcəyi ilə bağlı qərar verib.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu klubdan ayrılmaq niyyətində deyil və növbəti mövsümdə də Kataloniya təmsilçisinin heyətində qalmaq istəyir.
Bildirilir ki, Arauxo son aylarda əsas heyətdə yerini itirsə də, baş məşqçi Hans-Diter Fliki inandıracağına güvənir.
Uruqvaylı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə 36 oyunda meydana çıxaraq, 4 qol vurub.
Daha əvvəl Arauxonun satıla biləcəyi ilə bağlı transfer xəbərləri gündəmə gəlmişdi, ancaq o, hazırda klubdan ayrılmaq planı olmadığını açıq şəkildə bildirib.

