“Liverpul”un sabiq kapitanı Stiven Cerrard, müdafiəçi Trent Aleksander-Arnoldun ötən ilin yayında “Real”a keçidiylə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunu əvəz etməyin çətin olduğunu söyləyib:
“Mən arzulayırdım və ümid edirdim ki, Trent Aleksander-Arnold sıralarımızdan ayrılmayacaq.
Siz başa düşürsüz və hörmət edirsiz ki, hər bir oyunçunun öz karyerası var və öz qərarlarını verə bilər.
Amma onun kimi səviyyəli oyunçunu əvəz etmək çox çətindir, çünki o, dünya səviyyəli futbolçudur. Ümid edirik ki, bir gün o, “Liverpul”a qayıdacaq”.
Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir. 27 yaşlı müdafiəçi 2025-ci ilin yayında İngiltərə klubundan “Real”a keçib.

