«Qarabağ»ın futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyevin işində qeyri-müəyyənlik yaranııb.
Təcrübəli mütəxəssisin klubla bağladığı 3 illik müqavilə bitmək üzrədir.
Di gəl, Ağdam təmsilçisi ona hələ yeni kontrakt təklif etməyib. Bu da «köhlən atlar»ın uşaq futboluyla bağlı hansısa başqa planlarının olmasından xəbər verir.
Digər tərəfdən, Hacıyevin özü də məşqçilik karyerasını bərpa etmək istəyindədir. Normal variant ortaya çıxsa, yəqin ki, dəyərləndirəcək.
Hər halda 5 illik Premyer Liqa təcrübəsi var. 2017-2022-ci illər aralığında «Səbail»i çalışdırıb. «Dənizçilər» 10 illik keçmişi ərzində ən böyük uğuru onunla qazanıb.
2019-cu ildə ölkə çempionatının bürünc medallarını qazanan Bayıl komandası Avropa Liqasında mübarizə aparıb.
Ondan sonrakı müddətdə Hacıyevə «Kəpəz», «Neftçi» və «Turan Tovuz» də daxil olmaqla, elitanın bir neçə iştirakçısından təklif gəlib, anlaşa bilməyiblər.
SPORTİNFO.AZ


