Braziliyalı Azərbaycan çempionuna lazım deyil?

19:20 Sabah 153
Braziliyalı Azərbaycan çempionuna lazım deyil?

“Sabah”ın braziliyalı müdafiəçisi Iqor Noqeyra Azərbaycan Kuboku finalında “Zirə”ni məğlubiyyətə uğradaraq dubl etdikdən sonra keçirdiyi hissləri bölüşüb.

Sportinfo.az xəbər verir ki, “sambaçı” bu mövsümün onlar üçün xüsusi olduğunu qeyd edib.

“Bu mövsüm möhtəşəm keçdi, çox xoşbəxtəm. “Sabah”la üç kubok qazandım.

Bu oyuna gəldikdə isə möhtəşəm idi. Matçı idarə etdik və bütün mövsüm nümayiş etdirdiyimiz futbolu oynaya bildik”, - deyə Noqeyra fdeyib.

Legioner həmçinin komandanın Çempionlar Liqasındakı iştirakı və klubdakı gələcəyi barədə də fikirlərini bildirib.

“Çempionlar Liqası haqqında heç nə deyə bilmərəm. Müqaviləm yayda bitir ”, - deyə o əlavə edib.

“Sabah” Azərbaycan Kuboku finalında “Zirə”yə 2:1 hesabı ilə qalib gələrək dubl edib. Klub daha əvvəl Azərbaycan Premyer Liqasını qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti