“Bu, bizə dərs olmalıdır, mən səbrsizlənirəm” - “Qarabağ”dan deyildi

16:40 Qarabağ 70
“Bu, bizə dərs olmalıdır, mən səbrsizlənirəm” - “Qarabağ”dan deyildi

“İmişli” yaxşı təşkilatlanmış komandadır.

Bunu tək bizimlə yox, digər komandalarla oyunlarda göstəriblər”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın legioneri Leandro Andrade deyib.

Ötən həftə “Qəbələ” ilə 1:1 bərabərə qalan Ağdam təmsilçisi bu dəfə eyni səhvi təkrarlamaq istəmir.

Premyer Liqanı 2-ci pillədə yekunlaşdırmaq üçün “İmişli”ni udmaq mütləqdir.

Kabo-Verdedən olan yarımmüdafiəçi oyunun əhəmiyyətindən söz açıb:

“Növbəti iki oyunu qələbə ilə başa vurmalıyıq ki, ikinci pilləni qoruyaq. “Qəbələ”ylə oyun bizim üçün dərs olmalıdır.

Sona qədər mübarizə aparmalı, sayıqlığı əldən verməməliyik. Eyni səhvləri təkrarlamaq olmaz.

“İmişli”yə hörmətlə yanaşırıq. Keyfiyyətli futbolçuları və mənim yaxşı tanıdığım baş məşqçiləri var.

Maraqlı qarşılaşma olacaq. Onlara qarşı oynamaq üçün səbrsizlənirəm.

Qələbə qazanıb ikinciliyi təmin etmək üçün əlimizdən gələni edəcəyik. Mövsümü qələbələrlə başa vurmaq istəyirik”.

Mayın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün start fiti saat 17:00-da çalınacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti