Qurban Qurbanov və "Qarabağ"ın dilindən - Ədalətin budurmu, AFFA?

22:20 Qarabağ 185
Qurban Qurbanov və "Qarabağ"ın dilindən - Ədalətin budurmu, AFFA?

AFFA İntizam Komitəsi "Qarabağ"ı "Sabah"a uduzduğu (1:2) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda yaşananlara görə nə az, nə çox 74000 manat cərimələdi.

Futbolçu Marko Yankoviçin 25000 manat, məşqçi Hüseyn Seyidovun 18000 manat, İlqar Şamilovun 8000 manat cərimə almasına bir söz demirəm.

Hər biri həqiqətən hakimə təzyiq göstərib.

Məbləği bir az aşağı ola bilərdimi? Bilərdi.

Lap azarkeşlərin şuar deməsinə görə verilən 8000 manat, oturacaq qırmalarına görə gələn 5000 manat cərimənin də üzərindən keçirəm.

Hamısını düz ediblər, haqlıdırlar.

"Qarabağ"ın əməkdaşları, məşqçiləri, futbolçuları, hətta azarkeşləri də günahkardır.

Cəzalarını da aldılar.

Bəs baş hakim Rəvan Həmzəzadə?

Məlum oyundan 3 gün sonra əhəmiyyəti böyük olan "Turan Tovuz" - "Zirə" matçına göndərilən referinin heçmi günahı yoxdur?

Futbolçuları, məşqçiləri provokasiyaya çəkən, Yankoviçi paltardəyişmə otağına razborkaya çağıran Həmzəzadə niyə cəzalanmadı?

İndi haqlı olaraq Qurban Qurbanov və digər "Qarabağ"lılar soruşa bilər - Ədalətin bumu, AFFA?

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti